Rəhimova Gülmaya Rafael qızı
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi
Aparıcı mütəxəssis
Gülmaya Rafael qızı Rəhimova 22 fevral 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyada təhsil almışdır. 2008-2012-ci illərdə Azərbaycan Turizm İnstitutunun “Sosial və mədəni sahədə servis” fakültəsini bitirərək “Turizm və sosial-mədəni servis xidməti” ixtisasına yiyələnmişdir. 2012-2014-cü illərdə Odlar Yurdu Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistratura pilləsini bitirmişdir. 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsinin aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, 2 övladı var.
E-poçt: gulmaya.abdullayeva@gmail.com
Qəbul günləri: I-V günlər; saat 9.00-18.00