Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədov Əşrəf Məmməd oğlu

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

böyük mühasib (Abşeron rayonu üzrə)

Əşrəf Məmməd oğlu Məmmədov 9 noyabr 1963-cü ildə Ağdam rayonu Kosalı kəndində anadan olmuşdur. 1982-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə təhsil almışdır. 1986-1988-ci illərdə Ağdam rayon Aqrar sənaye və enerji müəssisəsində baş mühasib, 1989-1991-ci illərdə Ağdam rayon Taxıl Məhsulları Kombinatında böyük mühasib, 1991-1994-cü illərdə Ağdam rayon 41 №-li Təsərrüfat hesablı tikinti şöbəsində baş mühasib, 1994-1996-cı illərdə “Qarabağ” kəndli tikinti trestində mühasib, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Abşeron rayon şöbəsində baş mütəxəssis, 1999-2002-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi, 2002-2009-cu illərdə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi, 2009-2011-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsində müdir müavini, 2015-2016-cı illərdə Abşeron rayon Mədəniyyət və Turizm İdarəsində baş mühasib vəzifələrində çalışmışdır. 2017-ci ildən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə böyük mühasibi vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

Telefon: (012)3421376

E-poçt: esref.memmedov.63@mail.ru

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00