Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Cəfərli Bayram Yusif oğlu

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Bayram Yusif oğlu Cəfərli 18 mart 1962-ci ildə Şuşa rayonunun Quşçular kəndində anadan olmuşdur. 1982-1987-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1984-cü ildən Quşçular kənd Kitabxanasında fəaliyyət göstərmişdir. 1986-1987-ci illərdə Şuşa rayonu M.Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. Eyni vaxtda, həmin sovxozda komsomol katibi ictimai vəzifəsini həyata keçirmişdir. 20 oktyabr 1987-ci ildə Şuşa rayon Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunmuşdur. 1990-cı ildə Şuşa rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra etmişdir. 1992-2016-cı illərdə Şuşa rayon Mədəniyyət şöbəsinin inspektor məsləhətçi vəzifəsində çalışmışdır. 2016-cı ildən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsində, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

E-poçt: bayram.ceferli62@gmail.com

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00