Fafmayı kənd Diyarşünaslıq klubu 1950-ci ildən yaradılmış və 2006-cı ildən yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir. Sahəsi 270 m2 –dir. Tamaşa zalında oturacaq yerlərin sayı 80 nəfərdir. Dərnək otaqlarının sayı 5, inzibatı otaqların sayı 2-dir. Ştat cədvəli üzrə işçilərin sayı 3 nəfər.
Diyarşünaslıq klubunda “Xəyal” xalq çalğı ansamblı, noyabr ayından isə pullu rəqs , biçmə-tikmə, ərəb dili,toxuculuq, rəsm kursu açılmışdır.
Diyarşünaslıq klubunun fəal üzvləri keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər. Tarixi və əlamətdar günlər müxtəlif tədbir formasından istifadə edilərək həyata keçirilir.