Fondu:37598 nüsxə
Oxucu sayı:6036 nəfər
Kitab verilişi: 87372 nüsxə
Mərkəzi uşaq kitabxanası 1953-cü ildən fəaliyyət göstərir. Sahəsi 267 m2-dir. Kitabxana öz işini 1,2,8,9, 10, 11, 12, 16, 18, 38 saylı məktəb ilə əlaqəli şəkildə həyata keçirir.
Kitabxanaya 2009-cu ildə alınan yeni proqram- Avtomatlaşdırılmış Kitabxana Sistemi İRBİS–64 kitabxana proqramının bazalarında il boyu iş aparılmış, fondun və yeni alınan ədəbiyyatın proqramın yaddaşına köçürülməsi davam etdirilmişdir. Kitabxananın Sum-child.az ünvanlı Veb saytı hesabat ilində də virtual oxucuların xidmətində olmuşdur.
Dövlət Proqramına uyğun olaraq Mərkəzi uşaq kitabxanasında “Uşaq hüququ” informasiya mərkəzi və kiçik yaşlı oxuculara xidmət məqsədilə, müasir kompyuter texnologiyaları ilə təmin olunmuş İnformasiya Resurs Mərkəzi yaradılmışdır. Mərkəzin xətti ilə həm Mərkəzi uşaq kitabxanasında və digər uşaq kitabxanalarında da oxucuların hüquqi biliklərlə təmin olunması məqsədilə vaxtaşırı tədbirlər keçirilir. Mərkəzi uşaq kitabxanası dəfələrlə (1999, 2003, 2010, 2012) Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalar arasında keçirilən müsabiqələrdə qalib gəlmiş, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “İlin ən yaxşı uşaq kitabxana-filialı” nominasiyasına və Fəxri fərmanlara və pul mükafatına layiq görülmüşdür. Mərkəi uşaq kitabxanasında yaradılmış “Nağıl otağı” kiçik yaşlı oxucuların ən sevimli məkanına çevrilmişdir. Burada təşkil olunmuş sərgilər, cizgi filmləri və nağıl qəhrəmanlarının oyuncaqları, qədim milli əşyalar uşaqların kitabxanaya olan marağını daha da artırmışdır. “Nağıl otağı”nda uşaqlar üçün nüxtəlif mövzulu tədbirlər – nağıl saatı, cizgi filmi saatı keçirilir.