S. Vurğun adına Mərkəzi şəhər kitabxanası 1958-ci ildən fəaliyyət göstərir. 1966-cı ildən böyük şairimiz S. Vurğunun adını daşıyır. Sahəsi 633,8 kvadratmetrdir. S.Vurğun adına Mərkəzi şəhər kitabxanası Sumqayıt şəhər MKS-ə daxil olan bütün kitabxanalara metodik rəhbərlik edir.
S.Vurğun adına Mərkəzi kitabxanada 9 şöbə:
1. Xidmət şöbəsi
2. Komplektləşdirmə və kitabişləmə şöbəsi
3. Metodika-biblioqrafiya şöbəsi
4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
5. İnformasiya-resurs şöbəsi
6. Depozitar fond, Vahid fondun təşkili və istifadəsi, Kitabxanalararası Abonement şöbəsi
7. Dövri mətbuat şöbəsi
8. İncəsənət şöbəsi
9. Uşaq şöbəsi və Elmi tədqiqat bölməsi fəaliyyət göstərir:
Mərkəzi kitabxanada oxucuya lazım olan materialları tapmağa, mövzu axtarışına kömək məqsədi ilə əlifba və sistemli kataloqlar, sistemli və ölkəşünaslıq kartotekaları tərtib edilmişdir.
2009-cu ildə S.Vurğun adına Mərkəzi kitabxananın www.sumlib.az ünvanlı veb-saytı yaradılmışdır.Həmçinin, 2009-cu ildə S. Vurğun adına Mərkəzi kitabxanaya yeni proqram – Avtomatlaşdırılmış Kitabxana Sistemi İRBİS–64 kitabxana proqramı alınmış, kitabxanada avtomatlaşdırılmış infrastruktur qurulmuş, elektron kataloq və elektron kitabxana yaradılmış, müntəzəm olaraq elektron kataloqun bazalarına və həmçinin elektron kitabxanaya dəyərli çap əsərlərinin yüklənməsi həyata keçirilmişdir.
2016-cı ildən S.Vurğun adına Mərkəzi kitabxanada İRBİS–64 kitabxana proqramı Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemi (ALİSA) proqramı ilə əvəz olunmuşdur.
Yaxşı işinə görə kitabxana Azərbaycan KP MK-nın Keçici Qırmızı Bayrağını almış /1973, 1978/, müxtəlif illərdə Respublika Mədəniyyət Nazirliklərinin, şəhər rəhbərliyinin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin 3-cü Dərəcəli Diplomuna layiq görülmüş /1980/, Açıq Cəmiyyət İnstitutu-yardım Fondunun kitabxanalar proqramı çərçivəsində respublika kitabxanaları arasında keçirdiyi müsabiqədə /2003/ qalib gəlmişdir. 18 yanvar 1977-ci ildə S.Vurğun adına Mərkəzi kitabxana Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən respublika kitabxanaları üçün təcrübə bazası elan edilmişdir və bu gün də bu ənənə davam etdirilir.
2017-ci ilin 9 aylıq göstəricilərinə görə Mərkəzi kitabxananın 228701 nüsxə fondu, 99536 nəfər oxucusu, 346632 nüsxə kitab verilişi olmuşdur. 9 ay ərzində oxucuların kitabxanaya gəlişi 192880 nəfər olmuş, kitabxana fonduna 1021 nüsxə yeni ədəbiyyat alınmışdır.
1974-cü ildən fəaliyyətə başlayan Sumqayıt şəhər MKS-ə 11 dövlət kitabxanası - Səməd Vurğun adına Mərkəzi Kitabxana, 1 Gənclər kitabxanası, 1 Mərkəzi uşaq kitabxanası, Nizami Gəncəvi adına kitabxana klub və 7 böyüklərə xidmət edən kitabxana daxildir. Mərkəzi r kitabxananın fondu 2015-ci ilin yanvar ayina 177544 nüsxə, oxucusu 118304 nəfər, kitab verilişi 355741 nüsxə, oxucuların kitabxanaya gəlişi 31654 nəfərdir. Mərkəzi kitabxananın 5 şöbəsi var: Xidmət şöbəsi, Vahid fondun təşkili və istifadəsi və KAA şöbəsi, Komplektləşdirmə və Kitabişləmə şöbəsi, Məlumat-biblioqrafiya şöbəsi, Təşkilati metodiki şöbə. 2009-cu ildə Kitabxana əsaslı təmir olunmuşdur. Kitabxanada oxuculara xidmət məqsədilə yeni şöbə - Elektron İnformasiya Xidməti şöbəsi yaradılmışdır. Bundan başqa kitabxanaya yeni proqram – Avtomatlaşdırılmış Kitabxana Sistemi İRBİS–64 kitabxana proqramı alınmış, İNTERNET şəbəkəyə qoşulmuş, kitabxananın www.sumlib.az ünvanlı saytı yaradılmışdır.
- 2009-cu ilin noyabr ayından Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ELNİT Assosiasiyasının üzvüdür.
-2009-cu ildə Sumqayıt şəhəri yaranmasının 60 illik yubileyi şərəfinə MKS-in bir qrup əməkdaşı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərman və pul mükafatına, həmçinin MKS-in direktoru Yeganə Əhmədova Respublika Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür .
- 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulan “İlin ən yaxşı kitabxanası”, “İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi”, “Ən yaxşı kitabxanaçı” və digər nominasiyalar üzrə müsabiqələrdə Sumqayıt şəhər MKS də iştirak etdi və respublika kitabxanaları arasında “İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi” nominasiyasında ilin qalibi olmuşdur.