Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

08.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsi və tabeli müəssisələri Vətən müharibəsinin 1-ci il dönümü ilə bağlı tədbirlər keçirib, Xızı rayonunun ərazisində yerləşən bir neçə hərbi hissələrdə konsert proqramı ilə çıxış edib.

Keçirilən tədbirlərdə 44 günlük Vətən müharibəsində şəhidliyə ucalmış igidlərimizin qəhrəmanlıqlarından bəhs edən məlumatlar verilmiş, rəqs nömrələri nümayiş etdirilmiş, vətənpərvərlik mövzusunda şeirlər, müğənnilərin ifasında qələbə ruhlu mahnılar səsləndirilmişdir.

Corat qəsəbə mədəniyyət evinin əməkdaşları şəhidlik məqamına ucalmış Corat qəsəbə qəhrəmanlarının göstərdiyi şücaəti əks etdirən “Bura Vətəndir!” adlı videoçarx hazırlamış, Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Heydər Əliyev Mərkəzi ilə birlikdə uşaq yazarı Çinarə Köçərlinin “44 gün Qarabağda” kitabının təqdimatı ilə bağlı “Gəlin tanış olaq” adlı tədbir hazırmışdır.

Abşeron rayon Heydər Əliyev Mərkəzi “Şanlı Zəfər tariximiz” adlı 16-cı seminar keçirib.

Abşeron rayon Mərkəzləşdirlimiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən Hökməli qəsəbə şəhidləri haqqında və şəhid Yüksəl Əlizadənin həyat, döyüş yolundan ibarət videoçarx hazırlanmış, Xızı rayon Mərkəzi kitabxananın kollektivi tərəfindən isə “Qələbəyə gedən yolun Xarıbülbülü” adlı məlumat saatı keçirilmişdir.

Xızı rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü ilə bağlı məktəblilərin ekskursiyası təşkil edilmiş, Mikayıl Müşfiq muzeyində “Zəfər Yolumuz” adlı dəyirmi masa, “Zəfər Bizimdir” adlı sərgi keçirilmiş, 2 gün müddətində davam etdirilmişdir.

Zəngilan rayon Mədəniyyət evində anım günü münasibəti ilə “8 Noyabr”, Zəngilan kənd klubunda “Böyük Qələbə”, Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyində “Qəhrəmanların İziylə” adlı sərgi təşkil olunmuşdur.

Qubadlı rayon V. Əliyev adına rayon Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri tərəfindən şəhidlərimizə həsr olunan “Ruhunuz şad olsun, qanınız yerdə qalmadı” başlıqlı ədəbi-bədii kompozisiya hazırlanmışdır.

Qubadlı rayon Ə. Mehdiyev adına Uşaq musiqi məktəbinin əməkdaşları Azərbaycan Ordusunun leytenantı, şəhid Murtuz Abbasova həsr olunan videoçarx hazırlamış, Tarix diyarşünaslıq evi isə “ 44 günlük Vətən müharibəsinin Qubadlıdan olan şəhidləri” adlı sərgi keçirmişdir. Sərgidə şəhidlərin fotoları, tərcümeyi-halları, onlar haqqında yazılmış kitablar nümayiş etdirmişlər.