Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngilan rayon nümayəndəliyi bayram sevincini yaşayıb

08.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Nümayəndəliyində  8 noyabr Zəfər günü münasibəti ilə “Qələbən Mübarək Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Respublikasının əməkdar artistləri Almaz Orucova, Babək Niftəliyev və Anar Şuşalı,  Mincivan qəsəbə Uşaq Musiqi Məktəbinin müəllimi Nərgiz Xudiyeva, Bartaz kənd Uşaq Musiqi Məktəbinin müəllimi Günay Mehdiyeva, İlqar Zəngilanlı, Məlahət Hüseynova musiqi nömrələri ilə çıxış ediblər.

Sonda Zəngilan rayon 21 № li tam orta məktəbin hazırladığı kompozisiyaya baxılıb.