Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblərdə Zəfər sevinci davam etdirilir

08.11.2021

07.11.2021 tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şuşa şəhər Xəlfəli kənd Uşaq musiqi məktəbində “Zəfər Günü” nə həsr olunan tədbir keçirilib.

İlk öncə vətən uğrunda canlarından keçən şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 28 illik həsrəti  44 gün müddətində bitirən şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarixdən bəhs edib.

Sonra məktəbin müəllim və şagird heyəti də çıxış edərək, zəfər sevincini bölüşüblər. Daha sonra  məktəbin şagird və müəllimlərinin İfasında “Azərbaycanım”, “Qarabağ”, “Azərbaycan oğluyam” “Simayi-şəms” zərb-muğamı səsləndirilib.

8 Noyabr 2020- ci il Qarabağa qovuşduğumuz tarixi gün. Bu böyük Qələbə günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin ruhu şad olsun!