Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Əmirov adına məktəb Zəfər sevincini yaşayıb

07.11.2021

07.11 2021-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi məktəbi Zəfər Günü ilə əlaqədar möhtəşəm tədbir keçirib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında qəhrəman Azərbaycan ordusu əks-hücuma keçərək işğal olunan torpaqlarımızı erməni faşistlərinin əlindən azad edərək, belə bir qələbəyə imza atıblar. Bütün bu Zəfərdən ilhamlanaraq musiqi məktəbi 44 günlük müharibənin hər gününü təsvir etməyə çalışıb.

Tədbirdə idarənin rəisi Rəşad Əliyev, idarəyə tabeli bir sıra musiqi və incəsənət məktəblərinin rəhbərləri iştirak ediblər.

Keçirilən konsert proqramında məktəbin böyük və kiçik xor ansanblı, xanəndəlik sinifləri, xalq çalğı alətləri  çıxış edib.

Sonda isə tədbir solistlərin birgə ifasında Emin Sabitoğlunun “Azərbaycan” mahnısı ilə yekunlaşıb.