06.11.2021
Abşeron rayon Mədəniyyət Mərkəzinin kollektivi N saylı hərbi hissədə Zəfər Gününə həsr edilən konsert proqramı ilı çıxış ediblər. Tanınmış müğənni Vaqif Şıxəliyev hərbiçilərimiz üçün şən mahnılarını ifa edib. Onun vətənpərvərlik ruhunda olan ifaları Azərbaycan əsgərində xoş əhval-ruhiyyə yaradıb. Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.
Sonda hərbi hissənin rəhbərliyi, keçirilən tədbirin təşkilatçılığına görə Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.