Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi məktəbində zəfər gününə həsr olunan konsert proqramı təşkil edilib

05.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan 3 nömrəli Uşaq İncəsənət məktəbində Zəfər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə idarə rəisi Rəşad Əliyev, şəhidlərimizin ailə üzvləri, qazilərimiz və digər müəssisə əməkdaşları iştirak edib.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət əsərlərin sərgisi ilə tanış olublar.

Sonra məktəbin xor kollektivinin ifasında  C. Allahverdiyevin “Zəfər Himni”, N. Əliverdibəyovun “Azərbaycan”, xalq çalğı alətlərinin müşayəti ilə Vətənpərvər mahnılar səsləndirilib.