Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bu gün o gündür” adlı tədbir keçirilib

05.11.2021

04.11.2021-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzində  44 günlük Vətən müharibəsinin ildönümü münasibətilə “Bu gün o gündür” adlı tədbir təşkil edilib.

Gələn qonaqlar tərəfindən öncə rəsm dərnəyi üzvlərinin çəkdiyi rəsm əsərlərinə tamaşa olunub.

İdarənin kollektivi, şəhid ailələri, müharibə döyüşçülərinin iştirakı ilə keçirilən tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Mərasimdə Əməkdar artist, tərəqqi medallı Rauf Ağakişiyevin ifasında “Azərbaycan bayrağı”, gənc müğənnilərin ifasında musiqi nömrələri və digər kompazisiyalar nümayiş etdirilib.