Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər Bizimdir!” adlı tədbir keçirilib

04.11.2021

3.11.2021-ci il tarixində Sumqayıt Regional Mədəniyyət idarəsinə tabeli Dostluq Mədəniyyət evində “Zəfər Bizimdir!" adlı tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Xızı rayon Mədəniyyət evinin şagirdlərinin sərgilənən rəsm işləri ilə tanış olublar. Tədbirin rəsmi hissəsində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsində rəşadətlə vuruşub şəhidlik məqamına ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mərasimdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Şəhid anaları, Qarabağ döyüşçüləri və  mədəniyyət nümayəndələri iştirak edib.

Tədbir tanınmış müğənnilərin ifaları, incəsənət nümayəndələrinin kompazisiyalrı ilə davam etdirilib.