Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İkinci Qarabağ şəhidinin anım günü ilə əlaqədar tədbir keçirilib

02.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şəhər mədəniyyət evində İkinci Qarabağ müharibəsi şəhidinin “Zirvədə bitən ömür” adlı anım günü tədbiri təşkil olunub.

Şəhid Vüsal Cəsarət oğlu Muradov 19 may 1999-cu ildə Sumqayıt Şəhərində dünyaya göz açıb. Orta təhsilini Sumqayıt şəhər 25 saylı tam orta məktəbdə başa çatdırıb. 2014-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseydə 3 il təhsil alıb. 2017-ci ildə isə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olaraq, Kəşfiyyatçı ixtisasına yiyələnib.

44 günlük savaş başladıqdan sonra V. Muradov da müharibəyə qatılıb. Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq, 29 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.

Ölümündən sonra şəhidimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamına əsasən “Vətən uğrunda”, “ Cəsur döyüşçü”, “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!