Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərimizin il dönümündə ailələri və məzarları ziyarət olunub

25.10.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Alik Şakir oğlu İsayevin il mərasimində  iştirak ediblər. Şəhidin məzarı ziyarət olunaraq, onun ruhuna dualar oxunub, məzarı üzərinə qərənfillər düzülüb.

Əslən Gürcüstan Respublikasının Dmanisi rayonundan olan Alik İsayev Alik də 2001-ci il fevralın 23-də Xızıda dünyaya göz açıb.  O, 2007-ci ildə Xızı rayon Xələnc kənd orta məktəbində təhsilə başlayıb. 2010-cu ildən R.İsmayılov adına Xızı şəhər tam orta məktəbində təhsilini davam etdirib, 2018-ci ildə həmin məktəbi bitirib.

A. İsayev məktəbi bitirdikdən sonra  2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Elə ilk gündən əsgər yoldaşlarının rəğbətini qazanmış, iradəsi, cəsarəti və xarici görünüşünə görə “Canavar” ləqəbi ilə tanınıb. Alikin uşaqlıqdan arzusu Xüsusi Təyinatlı Qüvvələri sıralarında xidmət göstərmək olub. Yaşının az olmasına baxmayaraq Alik həqiqi hərbi xidmətinin son aylarında olarkən böyük qətiyyətlə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına kəşfiyyatçı kimi qoşularaq, Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Şəhidimiz Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Şuşa uğrunda döyüşlərdə igidlik göstərib, ermənilərin çoxlu sayda canlı qüvvə və texnikasını məhv edib. Alik Şakir oğlu 20 oktyabr 2020-ci ildə Vətən müharibəsində Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Sərəncamına əsasən torpaqlarımızın işğaldan azad olunmasında döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyi, mərdliyi və cəsarətinə görə  Alik ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Şücaət”   medalları ilə təltif olunub.