Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq müsabiqədə idarəyə tabeli müəssisənin şagirdləri qalibiyyət əldə edib

25.10.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Berlin şəhərində təşkil edilən "HERBEST SYMPHONIE - Berlin 2021" çox janrlı müsabiqədə  fortepiano üzrə qalibiyyət əldə ediblər.

6-cı sinif şagirdi Aytac Vəlizadə və 5-ci sinif şagirdi Valeriya Olxovaya müsabiqəninin 1-ci dərəcəli laureatı, məktəbin digər şagirdləri Səid Vəlizadə, Aysu Məmmədzadə, Ayla Pənahova, İnci Vəlizadə isə 2-ci dərəcəli laureat adını qazanıblar.

Bu qalibiyyətlərinə görə müəllimələri Esmira Əliyeva və Sevda Məcidova da mükafata layiq görülüb.