Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Qazisi doğum günündə yad edilib

14.10.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin  Xızı rayon nümayəndəliyi Vətən müharibəsi qazisi Kamran Tariel oğlu Baxışzadənin yaşadığı mənzilə  doğum günü münasibətilə ziyarətə yollanıblar. Ziyarət zamanı Kamranın döyüş yolundan, onun qəhrəmanlıqlarından söhbət açılıb, ona Allahdan şəfa dilənib.

K. Baxışzadə 14 oktyabr 1994-cü ildə Xızı rayonunda dünyaya göz açıb. İlk təhsilinə R.İsmayılov adına Xızı rayon orta məktəbində başlayan Kamran, 2012-ci ildə məktəbi bitirib. Həmin ildə  Naxçıvan Dövlət Universitetinə daxil olub, Tarix ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsi Xızının igid oğulları kimi Kamranı da cəbhəyə tələsdirib. O, oktyabrın 5-də, nəhayət , öz arzusuna çataraq, cəbhəyə yollanıb. Kamran  tarixmizin şanlı səhifələrindən olan 44 günlük  Vətən müharibəsində qəhrəmancasına düşmənlə mübarizə aparıb, Cəbrayıl  istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Qazimiz öz doğum günündə, yəni oktyabrın 14-də torpaqlarımızın bütövlüyü uğrunda hər iki gözünü itirib.

Qazi Kamran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Müəssisənin kollektivi qorxmaz, igid, cəsur, Vətənə layiqli oğul olduğu üçün qazimizə öz minnətdarlıqlarını bildiriblər.