Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıtda 20 yanvar faciəsinin ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

18.01.2018

Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə gənc müqənillər: İlkin Əlizadənin ifasında "Cənab Leytnant", Ədalət Daqlının ifasında "Şəhidlər", Zaur Yusiflinin ifasında isə "Heydər Xalqım deyecək" mahnıları dinlənilib, mədəniyyət evinin rəssamlıq kursunun şaqirdlərinn rəsmlərindən ibarət sərqi, o cümlədən, S.Vurğun adına Mərkəzi Kitabxananın fondunda əks olunan ədəbiyyatlardan ibarət sərgi təşkil edilib. "Dostluq” mədəniyyət evində də 20 yanvar şəhidləri anılıb. Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər söylənilib, musiqi nömrələri ifa edilib. Şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb. F.Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin şagirdləri Leyli Əliyeva, Bəhlul Nağdıyevin ifalarında şerləri, xor kollektivinin çıxışı,balabanda Naib Zəkiyevin ifası səslənib. Zəngilan rayon kənd klubunda məktəblilərin iştirakı ilə rəsm sərgisi keçirilib, Tarix Diyarşünaslıq Muzeyində filim nümayiş etdirilib. Rayon mərkəzi kitabxanasında "Qanlı yanvar” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Məhruzə Cəfərova və qonaqlar çıxış edərək 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında ətraflı məlumat veriblər. Sonra tədbir iştirakçıları kitabxanada tərtib olunan "Qanlı 20 yanvar” adlı sərgi ilə yaxından tanış olublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti