Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami İli” ilə bağlı tədbirlər silsiləsi davam etdirilir

05.10.2021

5.10.2021- ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Tarix Diyarşünaslıq Muzeyində, Abşeron rayon Mədəniyyət  Mərkəzi və muzeyin birgə  təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilən"Nizami İli" adlı tədbir keçirilib.

Tədbirdə dahi şair Nizaminin ölməz “Xəmsə”sindən bir neçə hissə nümayiş etdirilib. Musiqili Komediya Xalq teatrının üzvlərinin hazırladığı səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşadan sonra rəsm dərnəyi üzvlərinin  əl işləri sərgilənib və onlar fəxri fərmanlarla mükafatlandırılıb.