20.09.2021
17.09.2021-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər F.Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində Milli Musiqi günü və Üzeyir Hacıbəylinin 136-cı il dönümünə həsr olunan tədbir keçirilib. Məktəbin kiçik tərkibdə xalq çalğı alətlərindən ibarət orkestrinin ifasında Koroğlu operasından "Uvertüra", Leyli və Məcnun operasından "Şəbi-hicran" xoru, məktəbin müəllimləri Məlahət Hüseynovanın ifasında "Qaragöz" mahnısı, balabanda Mustafa Mirzəyevin ifasında "Sevgili canan" romansı və nağarada Mahmud Qasımovun ifasında "Cəngi" səsləndirilib.