16.07.2021
19.06.2021 - 11.07.2021 tarixlərində ölkələr arası "Amerika nəşri" onlayn müsabiqəsi keçirilib.
Konkursa qatılanlar sırasında Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrin şagirdləri də iştirak edib.
10-12 yaş kateqoriyasında Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin 2-ci sinif şagirdi Nigar Mustafayeva fortepiano üzrə birinci yerə, 2-ci sinif şagirdi Əli Məmmədli isə fortepiano üzrə ikinci yerə layiq görülüb.
N.Mustafayeva və Ə.Məmmədli öz qalibiyyətlərini müəllimələri Rəna Salayeva ilə bölüşüblər.