14.07.2021
Növbəti şəhidimizin ailəsi ziyarət edilib
Şəhid - öz ölkəsi, vətəni, xalqı uğrunda bir an belə gözünü qırpmadan canını, qanını fəda edən şəxsə deyilir.
İkinci Vətən savaşında, bəlkə də hələ birinci Qarabağ müharibəsində dünyaya gəlməyən oğullar vuruşdu.
Qubadlı Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin təşəbbüsü ilə vətən müharibənin növbəti qəhrəmanı olan şəhid Anar Nadir oğlu Qorçuyevin ailəsi ziyarət olunub.
Komitənin kollektivi şəhid Anarın ailəsinə baş sağlığı verib, qayğıları ilə maraqlanıb və hər zaman onların yanlarında olduqlarını vurğulayıblar.
Şəhidin ailəsi ilə birlikdə Anarın keçdiyi ömür səhifələrini vərəqləyiblər.
A.Qorçuyev 4 yanvar 1987-ci ildə Sumqayıt şəhərində doğulub. 2009-cu ildə Azərbaycan Universitetini bitirib. 22 iyul 2009-cu ildən 3 iyul 2010-cu ilədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib.
4 iyul 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmətə könüllü olaraq daxil olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 5 iyun 2020-ci il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi alıb.
2020-ci il oktybarn 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik məqamına ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulan tağşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentnin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.
Şəhidimizdən bizə 2aylıq oğlu və 3yaşlı qızı əmanət qalıb. Yenicə doğulan oğluna şəhidimizin adı verilib.
Allah şəhidlərimizə rəhmət etsin!