Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərimizin ailələri daim diqqət mərkəzində saxlanılır

09.07.2021

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək, dünyanın sivil ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində 44 gün ərzində tarixi zəfər çaldı. Bu qələbə xalqımızın birliyi, igidliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, iradəsi, əzmi ilə qazanıldı.

Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq.  Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin və Birinci Qarabağ müharibəsi şəhidlərinin qisasını aldılar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron Mədəniyyət Mərkəzinin kollektivi şəhid Cavanşir Elxan oğlu Əhmədovun ailəsinə baş çəkiblər.

C.Əhmədov 6 may 2001-ci ildə Xırdalan şəhərində anadan olub. 8 iyul 2018-ci ildə Gəncə şəhərində hərbi xidmətə başlayıb. İkinci Qarabağ savaşı zamanı noyabrın 4-də Laçın istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Mərkəzin kollektivi şəhid Cavinşirin ailəsinin qayğıları ilə maraqlanıb, onun keçdiyi şərəfli həyat yolundan söhbət açıblar.

C. Əhmədovun ailəsi Vətən torpağı üçün canını fəda edən qəhrəman şəhidlərlə qürur duyduqlarını vurğulayıblar.