28.06.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon nümayəndəliyinin təşkilatçılğı ilə 26 iyun “Silahlı Qüvvələr” in yaranmasının 103-cü il dönümü ilə əlaqədar olaraq N-saylı Hərbi Hissədə konsert proqramı baş tutub.
Konsert iştirakçıları Azərbaycan əsgərlərini bayram günü ilə bağlı təbrik edib, onların gücündən, qüdrətindən, göstərdikləri rəşadətdən geniş bəhs ediblər. 44 günlük Qarabağ müharibəsindəki zəfərə görə isə şəhidlərimizə, qazilərimizə və Azərbaycan ordusuna borclu olduqlarını vurğulayıblar.
Tədbirdə Xızı rayon Uşaq Musiqi Məktəbinin "Xızı Dağları" ansamblı hazırladıqları kampazisiyanı təqdim ediblər.
Konsert incəsənət nümayəndələrinin çıxışları ilə davam etdirilib.