28.06.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron rayon Heydər Əliyev Mərkəzi və Abşeron Rayon İcraHakimiyyətinin birgə təşkilatçılıgı ilə “ Vətən oğulları” adlı tədbir təşkil olunub. Tədbirdə rayon ərazisində yaşayan şəhid, qazi övladları və RİH nin başçısı İradə Gülməmmədova iştirak edib.
Sonra şəhid və qazi ailələri ilə görüşən İradə xanım onların problemləri və qayğıları ilə yaxından maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət üçün tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər. RİH və Abşeron rayon Heydər Əliyev mərkəzinin kollektivi tərəfindən Vətən torpaqları uğrunda şəhidlik məqamına ucalan igidlərimizin və qazilərimizin övladlarına müxtəlif hədiyyələr təqdim olunub.
Daha sonra ümummilli lider Heydər Əliyev adına istirahət parkında fəaliyyət göstərən əyləncə mərkəzində balacalar bayram sevinci yaşayıblar.