Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Silahlı Qüvvələr Günü”ilə əlaqədar rəsm müsabiqəsi təşkil olunub

26.06.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt Dövlət Rəsm Qalereyasında istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdlər arasında  26 iyun Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunan rəsm müsabiqəsi keçirilib.

Müsabiqə iştirakçıları “Ordumun gücü” adlı mövzuda rəsmlər nümayiş etdiriblər. İştirakçılar sırasında Əhməd Bakıxanov, Səid Rüstəmov və Bülbül adına Uşaq İncəsənət məktəblərinin şagirdləri olub.

Hazırlanan rəsm nümunələri sərgidə təqdim olunub və qaliblər müəyyənləşdirilib.

Rəsm nominasiyası üzrə 2 yaş qrupu (7-12, 13-17) arası gənclər yarışıb.

7-12 yaş qrupunda 1-ci yerə Məryəm Əlizadə, 2-ci yerə Zeynal Əmiraslanov, 3-cü yerə isə Aqşin Atayev layiq görülüb.

13-17 yaş qrupu üzrə 1-ci yerdə Aytac Əhmədova, 2-ci yerdə Aydan Quliyeva, 3-cü yerdə isə Fatimə Qarayeva qərarlaşıb.

Müsabiqənin sonunda qaliblər  fəxri fərmanlarla mükafatlandırılıb.