Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt rəssamları Xızı rayonuna səfər edib

24.06.2021

Azərbaycanın bütün bölgələri öz təbiəti, mənzərəsi ilə seçilib, bura gələn hər bir qonağın diqqətini çəkib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Rəssamları özünə çəkən Azərbaycan təbiəti” adı altında Sumqayıtın tanınmış rəssamlarının Xızı rayonunda açıq havada etüd pleneri təşkil olunub.

Səfər zamanı rəssamlar Xızı rayonunun mənzərəsindən ilhamlanaraq, təbiəti öz çəkdikləri rəsmlərdə vəsf ediblər.