Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidin ailəsi ziyarət olunub

21.06.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səid Rüstəmov adına  3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi 2-ci Qarabağ müharibəsinin şəhidi olan İbrahim Nakam oğlu Məmmədovun ailəni ziyarət edib.

Kollektiv ailənin qayğıları ilə yaxından maraqlanıb, övladları ilə xoş söhbətlər edib.

İ. Məmmədov 3 mart 1985-ci ildə Şəkidə dünyaya göz açıb. Şəhidimiz Xüsusi Təyinatlı Qoşunun giziri olaraq Türkiyyədə  Birleşik Özel Kuvvet Eğitimi və tərtibatında iştirak edib. İbrahim Məmmədov hər zaman öz cəsarəti ilə seçilən, ən çətin əməliyyatları belə uğurla başa çatdıran peşəkar hərbçi olub.

Vətən müharibəsində şəhidimiz çoxsaylı düşmən qüvvələrini məhv edərək məhv edərək Füzulidə, Hadrutda bayrağımızı dalğalandırıb.

İbrahim Məmmədov isə 25 oktyabr 2021-ci il tarixində son döyüşünü Laçın istiqamətində həyata keçirərkən, boynundan yaralanaraq  şəhidlik məqamına ucalıb və Şəkidə Şəhidlər xiyabanında dəfn edilib.

Qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə “ medalları ilə təltif edilib.

Şəhidimizdən vətənə 2 əmanət övlad qalıb.

Allah şəhidlərimizə rəhmət etsin!