Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Poeziya Evində “Fəzanın Cazibəsi” adlı antalogiyanın təqdimatı keçirildi

30.12.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Şəhər  Poeziya Evində Rusiyanın  Arxangelsk vilayətinin şairlərinin şerlərindən ibarət “Fəzanın cazibəsi – Протяжение Пространство” adlı antalogiyanın  təqdimatı keçirildi. Arxangelsck şairlərinin şerlərinin ana dilimizə yeni nəsil Azərbaycan şairlərii tərcümə ediblər.

“Fəzanımn cazibəsi” kitabının təqdimatına Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanda Rus icmasının sədri Mixail Zabelin və Millət vəkili  Qənirə Paşayeva, “Rossotrudniçestvo” nümayəndəliyinin sədr müavini Aleksandr Kalamin,  Arxangelskdə Azərbaycan Diaspor təşkilatının sədri Tərlan Qasımov, Azərbaycanda Rus İcmasının Sumqayıt şəhər təşkiatının rəhbəri Lyubov  İsmayılova  dəvətli idilər.

Tədbiri giriş sözü ilə açanSumqayıt Şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Azərbaycanda şeirə, sözə verilən dəyərdən, şairlərin bir millətə deyil, bəşəriyyətə məxsus olduqlarından danışdı. Dünya Gənc Türk  Yazarlar Bilriyinin Məsləhət Şurasının Başkanı, layihə rəhbəri şair  Əkbər Qoşalı “Fəzanın cazibəsi”  almanaxının  ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Antalogiyada tərcümə olunan şeirlərin çox istedadlı gənc Azərbaycan şairləri tətəfindən tərcümə olunduğunu vurğuladı.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının  müavini Teymur Səmədov hörmətli qonaqları və tədbir iştirakçılarını Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamladı və Sumqayıtın hər zaman beynəlmiləl bir şəhər olduğunu, günü gündən daha da gözəlləşən Sumqayıtda dost gəlişinin bayram kimi qeyd edildiyini söylədi. Sumqayıtda keçirilən bu Antalogiya təqdimatını  da Poeziya evində baş tutan bir bayram kimi dəyərləndirdi.

Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin Rusiya və Azərbaycan dölətləri arasında dostluğun və qarşılıqlı əməkdaşlığın çox yüksək səviyyədə inkişaf etdiyini, rus və azərbaycan xalqının ədəbi əlaqələrindən hər iki xalqın bəhrələndiyini söylədi . Yenidən yeni nəsil şairlərinin  bir araya gələrək  poeziya vasitəsi ilə bu ənənəni davam etdirməsini də yüksək dəyərləndirdi. Millət vəkili Qənirə Paşayeva ədəbi əlaqələri, kitabları iki xalq arasında ən möhkəm körpü adlandırdı. Poeziya günlərinin, bayramlarının təntənəli şəkildə keçirilməsindən adi insanların da zövq almasını könül dostluğu adlandırdı. Arxangelskdə Azərbaycan Diaspor təşkilatının sədri  Tərlan Qasımovun Arxangelsk və Azərbaycan arasında yaranan dostluğun möhkəmlənməsindəki və inkişaf etməsindəki rolundan danışdı.

Əməkdar jurnalist Azər Həsrət öz çıxışında DGTYB və Rusiya Yazıçılar İttifaqı Arxangelsk Reginal bölməsinin birgə layihəsi olan antalogiyanı çox yüksək dəyərləndirdi və bu cür layihələrinin davamlı olaraq həyata keçirilməsindən ədəbiyyatımızın ancaq qazanacağını dedi.

Sumqayıtdakı Rus icmasının rəhbəri Lyubov  İsmayılova  beynəlmiləl şəhər olan Sumqayıtda rus millətindən olan insanların multikultural bir şəraitdə yaşadıqlarını söylədi, rusların  milli ənənələrini qoruyub saxladıqlarını, şəhərin ictimai və siyasi həyatında, eləcə də ədəbi bayramlarında yaxından iştirak etdiklərini, belə bir tolerant cəmiyyətdə yaşadıqlarından çox məmnun olduqlarını dilə gətirdi.

Tədbirdə Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, prezidentin fərdi təqaüdçüsü Müzəffər Gülümov çıxış edərək təqdimatın təqdirəlayiq bir tədbir olduğunu söylədi.

Azərbaycan Milli Məclisnin deputatı  Mixail zabelin kitabın ərsəyə gəlməsində xidməti və əməyi olanları Azərbaycan Rus İcmasının Respublika Şurası adından  Fəxri Fərmanlarla təltif etdi.  Tərlan Qasımov isə Rusiya Yazıçılar  İttifaqı Arxanqelsk Regional Şöbəsinin   TƏŞƏKKÜR MƏKTUBU ilə bir qrup yazarı  təltif etdi.

Tədbirin sonunda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov qonaqlara və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Sonra   tədbir iştirakçıları rus və azərbaycan dillərində  şerlərini səsləndirdilər və tədbir Sumqayıtın 11 saylı məktəbinin şagirdlərinin Arxanqelsk haqqında oxuduqları mahnı ilə yekiunlaşdı.