Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanım” IV Respublika uşaq rəsm festivalında iştirakçı seçimləri sona çatıb

27.05.2021

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılığını, zövqünü inkişaf etdirmək, torpağımıza, vətənimizə olan məhəbbəti artırmaq, eyni zamanda Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi şücaəti gənc nəslə aşılamaq məqsədilə “Azərbaycanım” 4-cü Respublika uşaq rəsm festivalının iştirakçıları müəyyən edilib.

Festivalda Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin rəssamlıq ixtisasi üzrə şagirdi Tamilla Əliyeva 11-16 yaş kateqoriyası üzrə birincilik qazanıb.

Həmin məktəbin digər bir şagirdi Arzu Sadıqova isə sözügedən festivalda 3-cü yerə layiq görülüb.