Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yekaterinburqda beynəlxalq musiqi müsabiqəsi təşkil edilib

18.05.2021

2-17 May tarixlərində Rusiyanın Yekaterinburq şəhərində onlayn “ Yekaterinburq vətəninin açılışı” adlı ikinci beynəlxalq musiqi müsabiqəsi keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin fortopiano şöbəsinin 5-ci sinif şagirdi Aylin Əsədli, həmin müsabiqədə 2-ci dərəcəli laureata layiq görülüb.

Aylin müsabiqəyə müəlliməsi Ülviyyə Məlikova tərəfindən hazırlanıb. Ü.Məlikova isə adıçəkilən müsabiqənin münsiflər heyəti tərəfindən “Təşəkkürnamə” ilə mükafatlandırılıb.