17.05.2021
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi eləcə də, “RANG” leyblın tərəfdaşlığı, GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə “Parla! Gənc İstedadlar”müsabiqəsi elan olunub.
İstedadlı gənclərin Səhnədə parlayacağı bu müsabiqəni təşkil etməkdə əsas məqsəd, paytaxt və regionlarda xüsusi qabiliyyətə malik olan gənc ifaçıları aşkarlamaq, onların bacarıqlarını inkişaf etdirmək, bu sahədə dəstək göstərməkdir.
Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında efirə gedəcək müsabiqədə 16-25 yaş arasındakı gənclər öz ifaçılıq tərzini nümayiş etdirəcəklər.
İştirak etmək arzusunda olanlar 4 mərhələdən ibarət müsabiqənin www.gencistedad.az saytında qeydiyyatdan keçdikdən sonra, respublikanın bir neçə şəhərlərində təşkil olunacaq kastinqlərə dəvət alacaqlar.
Qeyd edək ki, müsabiqənin münsiflər heyəti, ölkəmizin musiqi sahəsində tanınan və peşəkar ifaçıları olacaq.
Müraciət üçün son tarix 10 iyun 2021-ci il nəzərdə tutulub.
Tələsin, Səhnənin ulduzu məhz siz ola bilərsiz!