Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ramazan bayramında şəhid ailələri ziyarət edildi

13.05.2021

Bütünlüklə xalqımızın qələbəsi ilə bitən 44 günlük müharibədə millətimizin igid övladları erməni işğalçılarını  Azərbaycan torpaqlarından qovaraq, azad edilən bütün torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İkinci Qarabağ müharibəsi ilə xalqımız bir daha şanlı tarix yazıb.

Azərbaycan xalqının əsrlər boyu həmrəyliyinə, daxilən zənginliyinə, mənəvi saflığına vəsilə olan müqəddəs Ramazan bayramı münasibəti ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Qobu qəsəbə Sənətkarlıq evinin kollektivi bu müharibənin qəhrəmanları olan şəhidlərimizin ailəsini ziyarət edib.

Əli İntiqam oğlu Heydərov Tərtər istiqamətində, Gülverdi Abil oğlu Qasımov Qubadlı, Əli Əliəsgər oğlu Əliyev isə Şuşa uğrunda gedən döyüşlərdə rəşadət göstərərək şəhidlik məqamına ucalıblar.

Müəssisə kollektivi Ramazan bayram münasibəti bu oğulların valideynlərinə baş çəkib, ailələrin qayğıları ilə tanış olub, daim onların yanında olduqlarını qeyd ediblər.

Görüş zamanı şəhidliyi ilə ölümsüzluyə qovuşan oğulların ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.