10.05.2021
Mingəçevir şəhərində İkinci Qarabağ müharibəsində şəhid olan Əzəmi Hüseynovun adına inşa olunan bulağın açılış mərasimi təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə Mingəçevirdən eləcə də müxtəlif şəhər və rayonlarımızdan olan şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları, müəllimləri, din xadimləri, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid Əzəmi Əli oğlu Hüseynov 29 avqust 1992-ci ildə Mingəçevir şəhərində doğulub. 2014-cü ildə Universiteti bitirərək, Vətənə olan vəzifə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb.
Daha sonra İkinci Qarabağ müharibəsi zamanı vətəninin müqəddəs torpaqları uğrunda savaşaraq, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Çıxışlarda şəhidin göstərdiyi şücaətdən, Azərbaycan gəncliyinə örnək olan qısa, lakin şərəfli ömür yolundən bəhs edilib.
Mərasim iştirakçıları abidə önünə əklil və gül dəstələri qoyub, Şuşa şəhər Xanalılar uşaq musiq məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.