26.04.2021
44 günlük Vətən müharibəsi ədalətin və beynəlxalq hüququn təntənəsi kimi tarixə yazıldı.
Unutmamalıyıq ki, qələbəmizin böyük, qururumuzun sonsuz olmasını bizə yaşadan məhz bu xalqın oğulları oldu.
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin kollektivi bu oğullardan biri, şəhid Eltun Əliyevin ailəsini ziyarət edib.
2001-ci il 29 avqust tarixində Sumqayıt şəhərində anadan olan, Eltun Elnur oğlu Əliyev cəbhənin Tərtər istiqamətində yerləşən hərbi hissələrin birində ön xətdə baş atıcı olaraq xidmət göstərib.
19 yaşlı Eltun Əliyev Füzuli, Cəbrayıl və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edərək, oktyabrın 16-da Suqovuşanda düşmən gülləsinə tuş gələrək şəhidlik məqamına ucalıb. 23 Oktyabr Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!