22.04.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Zəngilan rayon Bartaz kənd Uşaq Musiqi Məktəbinin üçüncü sinif şagirdi Dilrubə Müşviq qızı Hidayətli Lider televiziyasında yayımlanan “Avaz” Televiziya Muğam Müsabiqəsində ikinci yerə layiq görülüb.
Dilrubə Hidayətli eyni zamanda bu müsabiqədə Azərbaycan ədəbi dilinin tələffüz qaydalarına düzgün riayət etdiyinə görə Təltifnamə ilə mükafatlandırılıb.