Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsi cari məsələlərlə bağlı onlayn müşavirə keçirib

01.04.2021

1 Aprel tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev idarəyə tabeli qurumların müəssisə rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirib.

Müşavirədə çıxış edən rəis, mədəniyyət sahəsində çalışan işçilərin vaksinasiyaya cəlb edilməsi üçün düzgün maarifləndirmə tədbirlərinin təşkili haqqında təlimatlarını verib. Bütün müəssisə rəhbərlərini COVID-19-a qarşı aparılan kütləvi peyvəndləşmədə maksimum aktivlik göstərməyə çağırıb.

R.Əliyev idarənin iş strukturuna uyğun olaraq, planlaşdırılan tədbirlərin xüsusilə qüdrətli söz ustadı “Nizami Gəncəvi” ili ilə bağlı silsilə tədbirlərin təşkil edilməsini tapşırıb.

Daha sonra rəis, müəssisə rəhbərlərini idarə tərəfindən elan edilən “Ən yaxşı qısa film” və “ Ən yaxşı sosial şəbəkə səhifəsi” müsabiqəsində fəal olmağa çağırıb.

Sonda rəis R.Əliyev müşavirə iştirakçılarına rəhbərlik etdikləri müəssisələrdə çalışan əməkdaşların verilən tapşırığa ciddi riayət etməsini, məsuliyyətli olmağı və virusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi sanitar-profilaktik tədbirlərin görülməsini tapşırıb.

.