Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tanınmış rəssamı mükafatlandırıb

30.03.2021

Azərbaycan Rəssamlar İttifaqının üzvü,  Qarabağ müharibəsinin iştirakçısı, sumqayıtlı rəssam İntiqam Ağayevin  55 yaşı tamam olub.

O, 29 mart 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 1989-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.

Doğum günü münasibəti ilə, rəssamın şəxsi emalatxanasında onunla görüşən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, İntiqam Ağayevi  təbrik edərək ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzu edib.

Daha sonra rəssam İntiqam Ağayevə idarənin fəxri fərmanı və hədiyyə təqdim olunub.

Məlumat  üçün qeyd edək ki, rəssamın əsərləri Azərbaycanda rəsm qalereyalarında və xarici ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.

Onun müharibə mövzusunda çəkdiyi əsərləri daha çox diqqəti cəlb edir.

Rəssam AZƏRBAYCAN ART COUNCİL Sumqayıt filialının rəhbəridir.