19.03.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeli qurumlarında çalışan bir qrup mədəniyyət işçisi Novruz bayramı ərəfəsində çoxillik səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunub.
İdarənin rəisi Rəşad Əliyev mədəniyyət sahəsində çalışıb, bu sahəyə öz töhfəsini verən əməkdaşlara, regionun mədəni həyatında fəal iştirakına görə idarənin fəxri fərmanını təqdim edib
R.Əliyev onları Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, möhkəm can sağlığı, işlərində nailiyyətlər diləyib.
Sonda idarənin rəisi mükafatlandırılan əməkdaşlarla xatirə şəkili çəkdirib.