05.03.2021
Martın 5-i Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi Azərbaycanın tarixi qələbəsində şücaət göstərərək şəhidlik kimi müqəddəs zirvəyə ucalan Sumqayıt şəhər sakini Şirbala Hüseynovun ailəsinə baş çəkib. İdarənin kollektivi və şəhidin ailəsi onun xatirələrindən maraqla söhbət açaraq, Şirbalanın vətənə, xalqa bağlı biri olduğunu qeyd ediblər. Sonda ailənin problemləri dinlənilmiş, Ş.Hüseynovun xatirəsi hər zaman uca tutulacağı vurğulanmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!