03.03.2021
Martın 3-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi İkinci Qarabağ müharibəsindəki haqq savaşında rəşadət göstərərək şəhid olan Qəzənfər Ədalət oğlu Mütəllimovun ailəsini növbəti dəfə ziyarət edib.
Ziyarət zamanı şəhidin ailəsi ilə birlikdə onun həyat və döyüş yoluna bir daha nəzər salınıb. Qəzənfərin hər zaman ailəsi və sevdiklərinin xatirəsində əbədi yaşayacaqlarını qeyd ediblər. Şəhidin anası övladlarını diqqətdə saxladıqları üçün idarənin kollektivinə minnətdarlığını bildirib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi də öz növbəsində şəhid Qəzənfərin ailəsinə Allahdan səbr diləyib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!