Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsi tabe müəssisələrdən ibarət onlayn müşavirə keçirib

11.08.2020

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin elan edildiyi dövrdə Sumqayıt Regional Mədəniyyət İdarəsi öz fəaliyyətini onlayn olaraq davam etdirir.

   Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tabe müəssiələrin rəhbərləri ilə onlayn müşavirə keçirib. İdarə rəisi ilk öncə hərkəsi salamlayaraq hər müşavirədə olduğu  kimi  bu günki  onlayn müşavirəyə də Karantin rejiminə ciddi əməl edərək qoyulan hərbir qaya-qanuna riayət etmələrini bildirməklə başlayıb. Rəis Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrdə dezinfeksiya işlərinin davam etdirilməsi, yaşı 65 və daha yuxarı mədəniyyət işçilərinə ziyarət etmələri və onlayn  əlaqə saxlanılması, elektron xidmətdən daha çox istifadə edilməsi, mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylər fəaliyyətini genişləndirməsi, virtual sərgilərin təşkil edilməsi, videoçarxların yüksək səviyyədə hazırlanması və s. ilə bağlı tapşırıqlarını verib.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti