30.07.2020
İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hərcür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Bu ilki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.
Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla anır, onların yaxınlarına səbr diləyirik. İnanırıq ki, Cənab prezidentimiz İlham Əliyevin səyi və yenilməz ordumuzun əzmkarlığı nəticəsində torpaqlarımızın yağı düşməndən geri alınması, Vətənimizin çiçəklənməsi naminə etdiyimiz dua və diləklər gerçəkləşəcəkdir.
Əziz dostlar!
Biz də Sumqayıt Regional Mədəniyyət idarəsi olaraq idarə rəisi Mehman Şükürov və idarə kollektivimiz adından Sizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik!
Allah kəsdiyiniz qurbanları qəbul, niyyətlərinizi hasil etsin!
Bayramınız mübarək!
Sumqayıt Regional Mədəniyyət İdarəsi
Mətbuat Xidməti