Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinin onlayn müşavirəsi keçirilib

30.07.2020

Sumqayıt Regional Mədəniyyət İdarəsinin növbəti onlayn müşavirəsi keçirilib. Müşavirəni  Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq  qarşıdan gələn Qurban bayramı münasibəti ilə müəssisə rəhbərlərini təbrik edib, onlara uzun ömür, can sağlığı arzulayıb.

   Müşavirə zamanı idarə rəisi müəssisə rəhbərlərinə öz irad və təkliflərini bildirib. Onlara tez-tez onlayn müşavirələr keçirib direktorlarla söhbət aparılması, koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə qoyulmuş qadağalara əməl etmələrini, müəssisələrdə mütəmadi olaraq koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işlərinin aparılmasının vacibliyini vurğulayıb. Həmçinin koronavirus infeksiyasına yoluxmuş xəstələrin evdən çölə çıxmamalarını, həkim nəzarətində olaraq müalicələrini ev şəraitində davam etdirmələrini, idarə rəhbərlərinin onlar haqqında idarəyə məlumat vermələrini bildirib.

      İdarə rəisi  son  zamanlar Tovuzda  baş verən hadisələr, Vətənpərvərlik və digər mövzuda hazırlanmış onlayn tədbirlərin təşkilində,  video roliklərin hazırlanmasında fəal iştirakına görə mədəniyyət işçilərinə təşəkkürünü bildirib. Bu kimi onlayn tədbirlərin keyfiyyətinin artırılması və davamlı olması tapşırığını verib.

  Sonda rəis müəssisə rəhbərlərinə fəxri adı olmayan və yaşı 65-dən yuxarı olan işçilərin sayının müəyyənləşdirilib idarəyə məlumat vermələrini bildirib.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Mətbuat Xidməti