Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinin növbəti onlayn müşavirəsi keçirilib

24.07.2020

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi tabe müəssisələrin rəhbərləri ilə  növbəti onlayn müşavirə keçirib.

Müşavirədə idarə rəsi Mehman Şükürov çıxış edərək  müəssisə rəhbərlərinə Azərbaycaycan Respublikası Mədəniyyət Naziri vəzifəsini icra edən Mədəniyət Nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmrinə əsasən yeni növ koronavirus (COVİD – 19) infeksiyasının yayılma surətinin azaldılması, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazsinidə 2020-ci ilin 20 iyul 5 avqust tarixlərində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər kabinetinin 17 iyul 2020-ci il tarixli 256 nömrəli qərarının 18 iyul 2020-ci il tarixli  məktubunda qeyd edilən məhdudiyyətlərdən danışıb.

      Məktubda – 65 yaşdan yuxarı şəxslərin, hamilə və öhdəsində azyaşlı uşağı olan qadınların güzəştli şərtlərlə işə gəlməsi. Bakı, Sumqayıt şəhərində və Abşeron rayonunda yerləşən mədəniyyət müəssisələrinin fəaliyyətinin 2020-ci ilin 20 iyul - 5 avqust tarixlərində dayandırılması. Sumqayıt Regional Mədəniyyət İdarəsinin aparatında sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarət edilməsi üzrə məsul şəxs rəis müavini Əhmədov İlham Nizami oğlu təyin edilməsi qeyd edilib.

Əmək fəaliyyətini iş yerində yerinə yetirən işçilər iclas və müşavirələri mobil və internet vasitəsilə həyata keçirməli, sənədlərə vizaların toplanması istisna olmaqla əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilməli, işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halların olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunmağı dərhal dayandırılmalı və müvafiq tədbirlər görülməlidir. Vətəndaların qəbulu və müraciəti yalnız elektron və telefon vasitəsilə həyata keçirilməlidir.

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi

 Mətbuat Xidməti