15.07.2020
İyul ayin 12-si günorta saatlarından etibarən Ermənistan hərbi birləşmələri Azərbaycan-Ermənistan sərhəddi boyunca Tovuz istiqamətində mövqelərimizin ələ keçirilməsi məqsədilə hücuma keçmişdir. İki sutka ərzində düşmənə sarsıdıcı zərbələr endirilmişdir.Düşmənin 100-dək canlı qüvvəsi məhv edilmiş, çoxlu sayda texnika,döyüş texnikası,nəqliyyatı mühüm obyektlər darmadağın olunmuş və məhv edilmişdir. Düşmən hücumunun qarşısı alınarkən döyüşdə Azərbaycan Ordusunun general mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev olmaqla hərbi qulluqçularımız şəhid olmuşdur.
Şəhidlərimizə Allahdan Rəhmət diləyir, yaxınlarına və Xalqımıza başsağlığı veririk.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti