Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsi növbəti dəfə onlayn müşavirə keçirib

03.07.2020

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin elan edildiyi dövrdə Sumqayıt Regional Mədəniyyət İdarəsi öz fəaliyyətini onlayn olaraq davam etdirir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov 3 iyul  2020-ci il saat 12:00-da müəssisə rəhbərlərinin iştirakı ilə yenidən onlayn müşavirə keçirib.

İdarə rəisi ilk öncə hərkəsi salamlayaraq onlayn müşavirəyə başladı. Azərbaycanda Koronavirus xəstələrinin və bu xəstəlik üzündən həyatlarını itirənlərin sayının günü-gündən artması  ilə əlaqədar olaraq İdarə Rəhbərlərinə  xüsusi karantin rejiminin tələblərinə və gigienik qaydalara ciddi əməl etmələrini  bildirdi. Hərbir idarədə gənclərdən ibarət ehtiyat kadrları yaradılması barədə müəssisə rəhbərlərinə öz tapşırıqlarını verdi. Həmçinin  Regional Mədəniyyət İdarəsinə tabe olan müəssisələrə mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması barədə idarə rəhbərlərini məlumatlandırdı.

    Sonda tabe müəssisələri online tedbirlər  hazırlanıb görülmüş işlər barədə hər həftənin birinci (1-ci) günləri idarənin mətbuatına göndərilməsi haqda  məlumatlandırdı.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti