Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsi onlayn müşavirə keçirib

09.06.2020

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin elan edildiyi dövrdə Sumqayıt Regional Mədəniyyət İdarəsi öz fəaliyyətini onlayn olaraq davam etdirir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov 9 iyun  2020-ci il saat 12:00-da müəssisə rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirib.

Onlayn müşavirədə idarə rəisi  ilk olaraq Azərbaycanda Koronavirus xəstələrinin sayının günü-gündən artması ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə 6-cı  və bazar günləri evdən çölə çıxmama qadagasına ciddi əməl edilməsini vurğuladıqdan sonra tabe müəssisələrə onlayn fəaliyyətlərini daha da genişləndirilməsini, 2020-2021-ci tədris ili üçün məktəblərdə keçiriləcək qəbul imtahanların vaxtını öncədən idarəyə xəbərdarlıq edilməsini bildirdi. İşçilərin işə  dəvamiyyəti və gigienik qaydalara əməl edilməsini diqqət mərkəzində saxlanılması xahiş etdi. Həmçinin klub, muzey və kitabxanalarda 65 yaşdan yuxarı müqaviləsi olmayan yaş həddi bitmiş işçilərin iş fəaliyyətlərinin sonlandırılması ilə bağlı müəassisə rəhbərlərinə öz göstərişlərini vermişdir.

 Sonda tabe müəssisələri online tedbirlər  hazırlanıb görülmüş işləri idarənin mətbuatına göndərilməsi haqda  məlumatlandırdı.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

 

Mətbuat xidməti