Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyə İdarəsinin tabeliyində olan müəssisələrdə dezinfeksiya işləri aparılıb

11.03.2020

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılır.

Bütün müəssisələr, məktəblər və idarələrdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər

qabaqlayıcı tədbirlər həyata keçirilib.

Sumqayıt Regional Sanitar Epidemioloji Stansiyası, eləcə də texniki işçilər tərəfındən bütün avadanlıqlar, dəhlizlər,otaqlar xlor, xlorafin, spirtlə dezinfeksiya edilib.

Dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək.

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti